| İnformasiya və Məsləhət Mərkəzi İnformasiya və məsləhət xidmətlərinə ehtiyacları olan fermer təsərrüfatları, kiçik və orta-həcmli kənd müəssisələri, emalçılar və ticarətçilərə İnformasiya və Məsləhət xidməti göstərir. Bu məqsədlə KTİKL I (2000-2006-cı illər) dövründə respublikanın 31 inzibati rayonunu əhatə edən 5 regionunda Naxçıvan, Masallı, Gəncə, Şəki və Beyləqanda Regional Məsləhət Mərkəzləri yaradılmışdır ki, həmin regionlarda 487869 nəfər torpaq mülkiyyətçisinə 110 nəfər Özəl Məsləhətçi tərəfindən informasiya və məsləhət xidməti göstərilir. KTİKL II dövründə (2007-2010) isə daha 5 Regional Məsləhət Mərkəzinin yaradılmışdır. 2008-ci ildə 27 inzibati rayonunu əhatə edən 5 Regional Məsləhət Mərkəzi (Xaçmaz, Göyçay, Bərdə, Salyan və Şamaxı) yaradılmış və hal-hazırda səmərəli fəaliyyət göstərir. Bu RMM-ləri əhatə edən rayonlarda 84947 nəfər torpaq mülkiyyətçisi mövcuddur. Xaçmaz RMM-də 22 nəfər, Göyçay RMM-də 17 nəfər, Bərdə RMM-də isə 17 nəfər, Salyan RMM-də 20 nəfər və Şamaxı RMM-də 15 nəfər Özəl Məsləhətçi fəaliyyət göstərir. Regionlarda ailə-kəndli təsərrüfat üzvləri və sahibkarlara informasiya və məsləhət xidməti əsasən təlimlər, sahə nümayişləri, fərdi məsləhət, informasiya vərəqələri şəklində həyata keçirilir. ------------------------------------------------------------------------------------------------------------ | | Yeni video bölüm Regional Məsləhət Mərkəzlərinin (RMM) fəaliyyətini işıqlandırmaq üçün "Kənd saatı" televiziya proqramı çərçivəsində çəkilmiş video filmləri saytımızda yerləşdirmişik. Ətraflı... | | | | | | İqtisadi İnkişaf Nazirliyindən fermerlərə dəstək Kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması sahəsində intensiv işlər aparılır. İqtisadi İnkişaf Nazirliyi aqrotexniki xidmətlərə tələbatın artdığını nəzərə alaraq, kənd təsərrüfatı işlərinin qiymətlərini yenidən fermerlərin diqqətinə çatdırır. Ətraflı.... | | | Donuz qripi Donuz qripi (H1N1, A-qripi) xəstəliyinin törədicisi miksoviride ailəsinə məxsus DNT-li viruslardır. Xəstəliyə yoluxma aerogen (tənəffus yolu ilə) yolla baş verir. Xəstəliyin inkubasiya müddəti yoxdur, belə ki, xəstəliyi törədən viruslar orqanizmə daxil olan kimi xarakterik simptomlar müşahidə olunur. Ətraflı... | |